XƏBƏR LENTİ

07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

01 May 2016 - 14:40

Vitamin və mineral çatışmazlığının qarşısını alanQİDALAR

meyve

Orqanizm hər gün lazımlı maddələrlə təmin edilməlidir. Əks təqdirdə bədəndə müəyyən problemlər baş verə bilər. Bəs bir gün ərzində hansı vitamin və minerallardan nə qədər qəbul etməliyik?
 
Kalsium
 
Gündə ən az 1000 mikroqram kalsium qəbul etməliyik. Sümüklərin sağlamlığı üçün bu, çox əhəmiyyətlidir. Süd məhsulları, qılçıqlı balıqlar və tünd rəngli yaşıl bitkilər kalsiumla zəngin olur.
 
Lif
 
Orqanizm hər gün 25 qram lifə ehtiyac duyur. Lif ürək-damar problemlərindən və şəkər xəstəliyindən qorunmağımızı təmin edir. Həmçinin uzun müddət tox saxlayır. Fındıq, küncüt və paxlada bol miqdarda lif var.
 
Maqnezium
 
Gündə 310 – 320 mikroqram maqneziuma ehtiyacımız var. Əzələ və sinir sistemini gücləndirib, sümükləri sağlamlaşdıran maqneziumu çərəzlərdən və balıqdan almaq olar.
 
Kalium
 
Gündəlik kalium ehtiyacı 4700 mikroqramdır. Qan təzyiqini nizamlayır, duzun orqanlara verdiyi zərəri azaldır və böyrək daşlarının yaranmasının qarşısını alır. Kartof, pomidor, qatıq, soya lobyası, paxla və  banan bol miqdarda kalsium ehtiva edir.
 
A vitamini
 
A vitaminini də gündəlik olaraq qəbul etməliyik. Qan hüceyrələrinin meydana gəlməsini təmin edir, immuniteti gücləndirir, görmə bacarığını artırır. A vitamini ətdə, narıncı tərəvəzlərdə və göyərtilərdə bol miqdarda olur.
 
C vitamini
 
Gündə 75 mikroqram C vitamini qəbul etməliyik. C vitamini güclü antioksidantdır. Ona görə də immunitet sistemi üçün əhəmiyyətlidir. Sitrus meyvələri və kividə, həmçinin, qırmızı və yaşıl istiotda bol miqdarda C vitamini var.
 
E vitamini
 
Gündəlik olaraq 15 mikroqram E vitamini kifayətdir. E vitamini güclü antioksidantdır, gözlər üçün faydalıdır. Taxıllar, bitki yağları, badam və fıstıq E vitamini ilə zəngindir(publika.az).