XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 11:31

“Şagirdlərin ingilis dilini Azərbaycan dilindən yaxşı bilməsi inandırıcı görünmür”

TQDK 01.jpg

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarda 36 faiz şagirdin 2 almasına münasibət bildirib.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir. Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil.

Təhsil üzrə ekspert Əjdər Ağayev də nəticələrə münasibət bildirib. Onun sözlərinə görə, TQDK-nın imtahanlarının ötən günkü nəticələrinə əsasən, 11-ci sinif məzunları ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilirlər: “Belə ki, ümumilikdə məzunların ana dili fənni üzrə 20,8 faizi 5 aldığı halda, ingilis dili fənni üzrə 28,2 faiz məzun əla qiymət alıb. ümumilikdə isə, ana dili fənni üzrə 2 alanların sayı ingilis dili üzrə 2 alanların sayından daha çoxdur ki, bu da bir sıra suallar yaradır”.

Onun sözlərinə görə, belə bir absurd nəticənin səbəbi TQDK tərəfindən imtahanların çətinlik səviyyəsinin müxtəlif olması ilə bağlıdır: “Belə ki, subyektiv səbəblərdən TQDK müxtəlif illərdə çətinlik səviyyəsinə görə fərqlənən imtahanlar keçirir. 11-ci sinif məzunlarının ingilis dilini Azərbaycan dilindən daha yaxşı bilməsi inandırıcı görünmür. Bu halda buraxılış imtahanlarının nəticələrinin təhsilin keyfiyyət göstəricisi kimi qəbul edilməsi doğru deyil”.