XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2016 - 18:36

“Azercell” 250-yə yaxın insana pulsuz göz müayinəsi təşkil etdi –FOTO

azercell-goz

“Azercell Telekom”un sosial layihələrindən biri olan Mobil Göz Klinikası indiyədək valideyn himayəsindən məhrum minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Şirkətdən Strateq.az-a verilən məlumata görə, klinikanın həkimləri “Caspian Compassion Project” təşkilatı ilə aprel ayında 50 yaşından yuxarı insanlar üçün müayinələr təşkil ediblər. Həkimlər Bakının Lökbatan, Buzovna, Pirallahı, Mərdəkan, Bakıxanov, Qaraçuxur və Günəşli qəsəbələrində yaşayan imkansız və kimsəsiz ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstəriblər. Yerli icra orqanlarının təşkilatçılığı ilə aparılan müayinələrdə 244 nəfər iştirak edib ki, bunların da 96-na eynək reseptləri yazılıb, 124 nəfərə isə müalicə təyin olunub. Gözlərində müxtəlif ciddi xəstəliklər aşkarlanan 5 nəfər kimsəsiz və imkansız xəstə isə klinikanın həkimləri tərəfindən uğurlu əməliyyat edilib. Əməliyyat olunan xəstələrin görmə qabiliyyəti tam bərpa olunub.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Caspian Compassion Project” təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəlı Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən “Günərzi” qayğı mərkəzində olublar. Eyni zamanda, klinikanın həkimləri paytaxtla yanaşı, bölgələrdə də xidmət göstərir, müalicəyə ehtiyacı olan insanlara yardım edirlər.