XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2016 - 19:14

Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı sərəncam –5.2 milyon ayrıldı

Azerbaydzhan-privyazhet-manat-k-evro

Prezident İlham Əliyev Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam da imzlayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılıb.

Eyni zamanda, Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.