XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 13:15

Mikayıl Cabbarov:"Dərslik hazırlığında müəllim qıtlığı var"

"Dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır. Təəssüf ki, dərslik hazırlığında müəllim qıtlığı hiss edilir. Aydındır ki, dərslik hazırlığına ən yaxşı mütəxəssislər cəlb edilməlidir. Amma hazırki sosial iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil".

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə bu gün təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, təhsilin səriştəyə əsaslanan məzmununun yaradılması istiqamətində aparılan islahatlar içərisində əsas yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması təşkil edir: "Doğrudur, bu istiqamətdə işlərimiz istədiyimiz sürətlə getməsə də, son 3 ildə müəyyən uğurlarımız olub. Bu dövrdə kurikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb. Dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb, qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri bir-birindən asılı olmayan müxtəlif ekpsertizalara göndərilib. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyatı qurumlara təqdim edir. Nazirlik bu il yenilik də edib. Belə ki, yeni hazırlanan dərslik layihələrini çapa vermədən öncə nazirliyin internet portalında yerləşdirməklə ictimai müzakirəyə çıxarıb".