XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 10:34

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

imtahan.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 6-da Sumqayıt, Abşeron, Mingəçevir, Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax və Oğuz şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə onu çatdırır ki, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı “Abituriyent” jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.