XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 11:31

TQDK-dan məktəb direktorlarına xəbərdarlıq: “Dərhal məlumat verin!”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış sinif şagirdləri və ümumtəhsil məktəbləri rəhbərlərinə və əlaqələndiricilərinə xəbərdarlıq edib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, buraxılış sinif şagirdləri imtahana getmədən əvvəl “Şagird-məzun” sistemindəki məlumatlarını yoxlayıb məlumatlarla bağlı hər hansı səhv aşkar etsələr, dərhal məktəb əlaqələndiricisinə bu barədə məlumat verməlidirlər:
ümumtəhsil məktəbləri rəhbərləri və əlaqələndiricilərindən xahiş edilir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlərin buraxılış vərəqəsində və məktəb arayışındakı şəkillərinin onların indiki görünüşünə uyğun olmasını təmin etsinlər. Bununla bağlı hər hansı sual yarandıqda dərhal TQDK-ya müraciət edilsin”.