XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2015 - 12:46

Mayda istehsalatla əlaqəli 11 bədbəxt hadisə baş verib

hadise.jpg

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən işəgötürənlərin əməyin mühafizəsinin təmin olunmasına diqqətin artırılması məqsədilə həyata keçirdiyi tədbirlər ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının cari ilin may ayında da ciddi şəkildə azalmasına səbəb olub.

Belə ki, ötən ay istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb. Baş vermiş istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı olaraq, DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılaraq, qanunauyğun tədbirlər görülüb.

ümumən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44 faiz, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2 faiz, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə özünü göstərməyib.

Strateq.az