XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

10 May 2016 - 10:30

Macarıstanda oxumaq istəyənlərin diqqətinə!- Bakıda qəbul imtahanı keçiriləcək

Mayın 14-də Bakıda Macarıstanın paytaxtı Budapeştdə yerləşən Beynəlxalq Biznes Məktəbinin təqdimatı, eləcə də universitetin bakalavr və magistratura pilləsinə qəbul imtahanı keçiriləcək.

Qəbul imtahanından uğurla keçən tələbələr bakalavr pilləsinin birinci kursunun təhsil haqqından 15 faiz endirim əldə edəcəklər. Ali məktəb barədə təqdimat etmək, qəbul imtahanını təşkil etmək, eləcə də, tələbə və valideynlərin suallarına cavab vermək üçün həmin universitetin beynəlxalq tələbə qəbulu şöbəsinin müdiri də Bakıya gələcək.

Beynəlxalq Biznes Məktəbinə qəbul imtahanı Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Study in Hungary”nin təşkilatçılığı ilə Dəmirçi Plazanın konfrans zalında keçiriləcək.

Beynəlxalq Biznes Məktəbi əcnəbi tələbələrə yay məktəbi, hazırlıq, bakalavr, magistratura, həm də distant təhsil proqramları təklif edir. Təqdimat zamanı adı çəkilən universitetdə beynəlxalq menecment, biznes və diplomatiya, turizm, maliyyə, marketinq menecmenti, insan resursları menecmenti, incəsənət menecmenti, psixologiya və menecment, start-up sahibkarlığı, turizmin inkişafı və menecmenti ixtisasları, eləcə də intensiv ingilis dili kursları barədə məlumat veriləcək. Daha sonra isə bu ali məktəbdə təhsil almaq istəyənlər üçün qəbul imtahan təşkil olunacaq.

Tədbir iki müxtəlif qruplarda saat 09:30-da və 14:00-da təşkil olunacaq. Təqdimata və imtahana giriş ödənişsizdir. Qeydiyyata düşmək üçün tələbələr aşağıdakı məlumatları mayın 13-də saat 12:00-a kimi [email protected] e-mail ünvanına göndərməlidirlər. Tələbənin adı, soyadı və atasının adı; Xarici pasportun foto və imza olan səhifələrinin surəti; IELTS sertifikatının elektron forması (əgər varsa); Tələbələr təqdimata gəlmək istədikləri saatı mütləq qeyd etməlidirlər.

Eyni zamanda, tələbələr (+994 50) 257 11 41 telefon nömrəsinə öz ad, soyad, ata adını və iştirak etmək istədikləri saatı (09:30 və ya 14:00) yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu ali məktəbin məzunlarına verilən diplom bütün dünyada tanınır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunur(azərtac).