XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 06:10

Bakıda köhnə mənzillər ucuzlaşdı

2015-ci ilin may ayında Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayına nisbətən 3,5% azalıb. Bu barədə “MBA Consulting Group” şirkəti xəbər verir. Belə ki, apreldə paytaxtda mənzillərin 1 m2-nin qiyməti 1689 dollar olduğu halda, may bu rəqəm 1630 dollara düşüb. Milli valyuta ilə qiymət isə hər m2 üçün 1770 manatdan 1709 manata qədər azalıb. Daşınmaz əmlak bazarının təkrar mənzil seqmentindəki ucuzlaşma alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah olunur.