XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2015 - 08:51

Hava isti olacaq – PROQNOZ

hava.jpg

İyunun 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq.

çimərliklərdə dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.