XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 11:50

Avtobus marşrutlarında yeni dəyişikliklər: 2 xətt müvəqqəti ləğv olundu

avtobus.jpg

Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır: (APA)

Zabrat-Maştağa istiqamətindən:

– 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E. Mehdiyev – Bakıxanov qəs. Əfəndiyev küçəsi – “Neftçilər” metro stansiyası – Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq;

– 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E. Mehdiyev – Bakıxanov qəsəbəsi – Əfəndiyev küç. – Şərifli küç. – Mirzəyev – Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq;

– 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası – Əsədullayev küç. – Bakıxanov qəs. – Mehmandarov küç. – Sülh küç. – “Neftçilər” metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək;

– 55 saylı marşrutun xətti Sabunçu stansiyası – Əsədullayev küç. – Bakıxanov qəs. – Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək;

– 93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən:

– 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi – H. Əliyev pr. – Zığ beton yolu – Gəncə pr. – “Həzi Aslanov” metro stansiyasına qədər təşkil olunacaq;

– 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K. Səfərəliyeva – 28 May küç. (S. Vurğun bağının yanı) son dayanacaq;

– 184 saylı marşrut xətti Bül-Bülə qəs. – Bakıxanov qəs. – Əfəndiyev küç. – Şərifli küç. – Mirzəyev – Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

– 214 saylı marşrut xətti Bakıxanov qəs. – Əfəndiyev küç. – Qəmbərov küç. – “Neftçilər” metro stansiyası – 8 km bazarına qədər təşkil olunacaq;

Ziya Bünyadov prospekti istiqamətindən:

– 11 və 36 nömrəli marşrut xətləri – Q. Qarayev pr. – O. Vəliyev – M. Abbasov – A. Manafov – Q. Qarayev pr. – sonra mövcud xətt üzrə;

– 207 saylı marşrutun xətti Binə T/M. – Dairəvi yol – Moskva pr. – A. Mustafayev – Z. Bünyadov – Atatürk prospektinə qədər təşkil olunacaq.

– 82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.