XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 08:54

“Azəriqaz”:130 min köçkün ailəsinə limitlə, 356 məscidə havayı qaz verilib

 

azeriqaz

Bu ilin aprel ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 945 yeni abonent qeydiyyata alınıb.

Bunun 2484-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8461-i isə regionların payına düşüb.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən  bildiriblər ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyon 898 min 433-ə çatıb.

Mayın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 129878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.