XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

13 May 2016 - 14:23

Azərbaycanın fərdi uçot sistemində qeydiyyata düşənəcnəbilərin sayı açıqlandı

Cari ilin yanvar-aprel aylarında nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artaraq 29 994 nəfərə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslərdən 89,1 faizi kişilərdi. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Тürkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdurlar. Ümumilikdə sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər.