XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2015 - 20:29

Professor Qüdrət İsaqov: “Avropa asbestdən istifadəyə qadağa qoyub”

Prof.Dr. Qüdrət İsaqov

Rusiyada nəşr olunan Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini

Deputatın gülünc ittihamı

Dünən bir deputatın Azadlıq prospektindəki binanın Rusiya tərəfindən yandırılması haqqında iddiasını oxudum.

Həmin deputata suallarım var:

1. Rusiyanın müxtəlif şəhərlərində analoji penoplastlarla üzlənmiş binalarda neçə illər bundan öncə yanğınlar olub. Həmin binaları kim yandırdı?

2. Bir neçə gün bundan öncə, çində analoji penoplastlarla üzlənmiş binada güclü yanğın oldu. Həmin binanı da Rusiyamı yandırdı?

3. Cənab deputat, yanan plastmasslarla üzlənmiş binanı Rusiyanın, Avropanın və ya Amerikanın yandırmasına ehtiyac yoxdur. Onların hamısı yanmağa məhkumdur!

4. Yəni deputat kimi, danışığına fikir ver. ölkələr arasındakı münasibətlərdə yeni əlavə gərginliklər yaratma!

Fövqəladə Hallar Nazirliyi üzlüklərin radioaktivliyini yoxlayıb

Dünən Fövqəladə Hallar Nazirliyinin binalara çəkilən yeni üzlüklər haqqında aşağıdakı xəbərini oxudum:

Fövqəladə Hallar Nazirliyi (FHN) binalara vurulan yeni üzlüklərlə bağlı aparılmış müayinənin nəticələrini açıqlayıb. FHN-in mətbuat xidmətinin məlumatına görə, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir: “Hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur. Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir”.

Avropa asbestdən istifadəyə qadağa qoyub

Qeyd etməliyəm ki, Modelpan- maqnezium-oksid tərkibli olmaqla Yanmayan A1 sinfinə daxildir. Suya və rütubətə davamlıdır. Zərbələrə dözümlüdür, quraşdırılması asandır. Fibro sementə gəldikdə, o da odadavamlıdır.

Bu materiallarda həqiqətən də radionuklidlər çox azdır və onlar insan həyatı üçün təhlükəli deyil.

Azadlıq prospektində 5 mərtəbəli binaların nə ilə üzlənməsini soruşdum. Dedilər ki, bu üzlüklər asbest materialındandır. Amma möhkəmdilər.

Asbest isti havada buxarlanır və insanın ağ ciyərlərində toplanır. Ona görə də o insan sağlamlığı ücün həddindən artıq qorxulu materialdır və xərçəng xəstəliyi yaradır.

Avropa ölkələri asbestdən istifadəyə qadağa qoyub.

Tərkibində asbest olan asbestsementdən hazırlanmış üzlüklər də qorxuludur. Belə ki, yay aylarında onlarda buxarlanma-yəni sublimasiya prosesi gedir. Ziya Bünyadov prospektində digər üzləyicilərdən soruşdum ki, binaları hansı materiallarla üzləyirsiniz. Dedilər – “Betopan”.

Betopan uzlüklərin və fibrosement üzlüklərin və asbest sement üzlüklərin şəkillərinə internetdə dəfələrlə baxdım. Onlar bir-birinə çox oxşayırlar. Ona görə də təbii olaraq bu barədə çox düşündüm.

Yəni bu üzlüklər radioaktiv cəhətdən qorxulu olmasalar da tərkiblərində insan həyatı üçün qorxulu olan asbest olması ehtimalı böyükdür. Yəni penoplastla üzləmə aparılmadan öncə tikinti-söküntü maxinasiyalarının iştirakçıları artıq bir dəfə Fövqəladə Hallar nazirliyini aldadaraq onlara yüksək keyfiyyətli penoplast verərək onlara uyğunluq sertifikatı almışdılar. Binaların üzlənməsini isə keyfiyyətsiz penoplastla etmişdilər.

Zərbəyə dözümsüz üzlükləri binalara vurmayın

Azadlıq prospektində və Ziya Bünyadov prospektində binalara vurulan üzlüklərin hamısını yoxladım. Onların hamısı zərbədən qırılır. Bəziləri isə pendir kimi ovxalanırlar. Yəni mənim sınaqdan keçirdiyim üzlüklərin heç biri betopan, modelpan və fibro sementin keyfiyyət göstəricilərinə cavab vermirlər. Bunlar tezliklə dağıla bilərlər. Bu isə gələcəkdə yenə milyardların havaya sovrulması deməkdir.