Yeni tikilmiş +54 “Ramana” su anbarına birləşmənin verilməsi ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, mayın 13-də saat 15:00-dan etibarən gün ərzində Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.