XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2015 - 14:39

Binəqədidə uçqun xəbəri yalan çıxdı: İcazəsiz tikilən ev sökülüb – AÇIQLAMA

bina ucqun.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Binəqədi rayonunda tikilməkdə olan binada uçqun baş verməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Binəqədi rayonunda tikilməkdə olan binada uçqun baş verməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib. (APA)

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Bakının Binəqədi rayonunda heç bir uçqun hadisəsi baş verməyib: ” Bu bina fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılan torpaq sahəsində inşa edilməyib. Araşdırmalar zamanı müəyyən edilib ki, fiziki şəxs – Abdullayeva Aynur Zaman qızı tərəfindən fərdi yaşayış evləri üçün ayrılmış torpaq sahəsi olmayan ərazidə fərdi yaşayış evinin inşası həyata keçirilib. Nazirliyin nəzarəti altında Bakı şəhər İcra Hakimiyyəti Aynur Abdullayevaya məxsus iki mərtəbəli yarımçıq tikilini söküb”.

Qeyd edək ki, bu gün bəzi xəbər saytları Azadlıq prospektində tikilməkdə olan yaşayış binasının uçması barədə məlumat yayıb.

FHN-nin mətbuat xidməti bir daha KİV-i qeyri-dəqiq məlumatlar yaymamağa, dəqiqliyə və obyektivliyə əməl etməyə, yaranmış suallarla bağlı mətbuat xidmətinə müraciət etməyə çağırır.