XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 10:12

İpoteka ilə ev almaq istəyənlərə sığorta xəbərdarlığı –VİDEO

ipoteka

İpoteka ilə ev almaq istəyənlər gərək diqqətli olsunlar, xüsusilə də sığorta müqaviləsi ilə bağlı. Çünki bəzi hallarda əmlak tam deyil, qismən, yəni əmlakın bir hissəsi sığortalanır. Hər hansı sığorta hadisəsi baş verdikdə isə əmlakın sahibini pis sürpriz gözləyir.

Deyək ki, 100 min manatlıq ev cəmi 65 min manat dəyərində sığortalanıb. Ona görə də həmin evdə sığorta hadisəsi baş verdikdə, dəyən zərərin də cəmi 65 faizi ödənilir.

Sığorta eksperti Abbas Babayevin sözlərinə görə, bu məsələdə əksər hallarda vətəndaşların özləri təqsirkardır.

Banklar isə bunu yalnız "natamam sığorta" növündən istifadə edərək reallaşdıra bilirlər. Nəticədə isə guya qənaət edən vətəndaş, sonra daha böyük ziyan çəkir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:


Xezerxeber.com