Naxçıvan Muxtar Respublikasında hazırda 94 min 558 ailə yaşayır.
"Report" xəbər verir ki, bunu Muxtar Respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib.
Onun sözlərinə görə, onlardan 2702-si aztəminatlı, 1401-i qaçqın və məcburi köçkün, 244-ü isə şəhid ailəsidir.
Nazir deyib ki, bu günədək 204 əlil və şəhid ailəsi mənzillərlə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, 1941-1945-ci illər müharibəsində, Çernobıl qəzasının ləğvində iştirak edərək sağlamlıq imkanları məhdudlaşan 454 nəfər minik avtomobili ilə təmin olunub.