XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2016 - 12:47

Buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlandı –Bölgələr üzrə

Bu il Azərbaycanda bölgələr üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya  verilən xəbərə görə, Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə buraxılış imtahanı iyunun 16-da, Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, XocavəndFüzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseydə iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı isə iyulun 5-də təşkil olunacaq.

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.