XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 13:12

“Azərsu”dan Nəbatat bağına suyun verilməməsi xəbərinə reaksiya – Anar Cəbrayıllı danışdı

Bu gün bir neçə kütləvi informasiya vasitəsində Azərbaycan Milli Elmlər Akademiyası Nəbatat bağına suyun verilməməsi barəsində yazılıb.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, “Azərsu” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu məsələyə aydınlıq gətirib:

“Bu gün bəzi saytlarda “Nəbatat bağına su verilmir, yaşıllıqlar quruyur, bağın işçiləri əl yumağa su tapmır…” kimi məlumatlar yer alıb. Məsələni sona qədər araşdırdıq və məlum oldu ki, Nəbatat bağına normal qaydada su verilir. Belə ki, bağın su xəttinin girişində quraşdırılan sayğac son 20 gündə əraziyə 7000 kubmetr (7000 ton) suyun verildiyini qeydə alıb. Eyni zamanda, bağın daxilində su anbarı var və burada daim ehtiyat su olur. Bundan başqa, son vaxtlar qurumun rəhbərliyi tərəfindən Səbail rayon Sukanal İdarəsinə suyun gəlməməsi ilə bağlı heç bir müraciət olunmayıb.
Qeyd edək ki, Nəbatat bağı 24 saatlıq su ilə təchiz olunan zonada yerləşir”.