XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 10:24

İlin əvvəlindən əhali 8738,5 milyon manatlıqalış-veriş edib

erzaq.jpg

Yanvar-aprel aylarında istehlakçılara 8738,5 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,6 faiz artaraq 4364,6 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 1,4 faiz artaraq 4373,9 milyon manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.