XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 09:24

Günel Talıbova ağırlıqqaldırma üzrə Avropa çempionu oldu –FOTO

idmanci qiz.jpg

8 iyun 2015-ci il tarixində Latviyanın paytaxtı Riqa şəhərində pauerliftinqin WPC versiyası üzrə növbəti Avropa çempionatı start götürüb.
çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib.
O, 11 iyun tarixində növbəti uğurlu çıxışı ilə 4-cü dəfə mütləq Avropa çempionu olub.
Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb.

guneli idman.jpg