XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2016 - 13:42

Azərbaycandakı işsizlərin çoxuBakıda yaşayır

Azərbaycanda işsiz statusuna malik olanlar daha çox Bakı şəhərində yaşayır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il mayın 1-ə olan məlumata əsasən, hazırda ölkə üzrə 33 779 nəfər işsiz statusuna malik insan var. Onların 7021 nəfəri işsizliyə görə müavinət alır.

Azərbaycandakı bütün işsiz statusuna malik olan insanların 14 743-ü Bakı şəhərində yaşayır. Onların 3113-ü işsizliyə görə müavinət alır.

Bölgələr üzrə isə ən çox işsiz statusuna malik olanlar Aran rayonları üzrədir.

Ümumilikdə işsiz statusuna malik olanların 2178-i Gəncə-Qazax iqtisadi rayonunun, 1002-i Şəki-Zaqatala iqtisadi rayonunun, 977-i Lənkəran iqtisadi rayonunun, 1230-u Quba-Xaçmaz iqtisadi rayonunun, 8001-i Aran iqtisadi rayonunun, 1705-i Yuxarı Qarabağ iqtisadi rayonunun, 1422-i Kəlbəcər-Laçın iqtisadi rayonunun, 825-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşür(trend).