XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 18:40

Yerli iqtisadiyyata kredit qoyuluşu- Məbləğ açıqlandı

Mərkəzi Bankın məlumatlarına görə, aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 19687 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bu məbləğin 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kreditlərin 34,52 faizi dövlət, 62,45 faizi qeyri-dövlət bankları, 3,03 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib.