XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 11:19

Xaçmazda erkən nikah əleyhinə tədbir keçirilib

cavid-1.jpg

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “özünü tanı, hüququnu bil!” erkən nikahların qarşısının alınması üçün maarifləndirmə kampaniyasının təşkili adlı layihəsi çərçivəsində Xaçmaz şəhərində maarifləndirici seminar və ictimai dinləmə təşkil edib.

Strateq.az-ın məlumatına görə, seminarın birinci sessiyasında gənc qadınlar, müvafiq qurumların nümayəndələri insanın özünü dərk prosesi və cəmiyyətdə uyğun yerini tapması, ikinci sessiyada isə erkən nikah və məişət zorakılığının yaranma səbəbləri, fəsadları və aradan qaldırılma üsulları, Azərbaycan qanunvericiliyinin erkən nikah və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş müddəaları ilə tanışlıq və problemin qarşısını almaq üçün iştirakçılarla fikir mübadiləsi aparılıb. Layihənin effektivliyinin artırılması məqsədilə iştirakçılar hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar.

Xatırladaq ki, layihənin başlıca məqsədi bölgələrdə qızların maarifləndirilməsi, təhsilə cəlb olunması, onları fərdi inkişafa yönəldərək erkən nikah və məişət zorakılığının qarşısının alınmasıdır.

cavid-2.jpg

cavid-3.jpg