XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 13:44

“Üzüklərin hökmdarı” filminin məşhur qəhrəmanı öldü- FOTO

saruman.jpg

Məşhur Hollivud aktyoru Kristofer Li 93 yaşında vəfat edib.

Strateq.az bildirir ki, 1922-ci ildə Londonda doğulan Kristofer Li 250 –dən artıq filmdə çəkilib və bir sıra məşhur obrazları yaradıb. Bunların içində Drakula, qraf Duk, Şerlok Holms Rasputin, qraf Roşfor var.

Aktyor 1974-cü ildə çəkilmiş “Ceyms Bond-Qızıl tapança ilə”” filmində Bondun rəqibi Skaramanqi roluna çəkilib.

Kristofer Li SSRİ-nin bir filmində də rol alıb. 1987-ci ildə SSRİ ilə İsveçin birgə istehsalı olan “Mio, mənim Miom” filmində Kato rolunu ifa edib.

Onun son rolu məşhur “üzüklərin hökmdarı” filmində oynadığı Saruman obrazı olub. Britaniya imperiyasının komandor ordenini almış Li həmçinin cəngavər titulunun sahibi olub.

kristofer.jpg