XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 19:26

Bakının bu qəsəbələrindəsu problemi olacaq

Abşeron rayonunun Göradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcək.

“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaq.

Abunəçilərin diqqətinə çatdırılır ki, yenidənqurma işləri ilə əlaqədar mayın 24-də saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Göradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.