XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 21:12

TQDK-dan kolleclərə sənəd verən abituriyentlərə –Xəbərdarlıq

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

Strateq.az TQDK-ya istinadən xəbər verir ki, musiqi sənəti istiqamətinin qarmon aləti üzrə sənəd verən abituriyentlər qabiliyyət iimtahanında bir etüd, iki müxtəlif xarakterli pyes, muğam ifa etməlidirlər.

Qabiliyyət imtahanında abituriyent proqramı ifa etməli və ifaçılıq qabiliyyətini nümayiş etdirməlidir. İfa edilən proqramın ümumi səslənmə müddəti 15-20 dəqiqə olmalıdır. Əsərlər mütləq fortepiano alətinin müşayiəti ilə ifa olunmalı və abituriyent ifa edəcəyi əsərlərin notlarını imtahana gətirməlidir.

Abituriyentlər təxmini repertuar üçün TQDK-nın cari ildə hazırladığı musiqi sənəti vəsaitində tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin qarmon aləti üzrə verilmiş repertuara baxa bilərlər. Vəsaiti TQDK-nın saytından elektron formada əldə etmək mümkündür.