XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 May 2016 - 12:46

Hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə baxılması qaydası –Dəyişiklik

ordu

Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddəti artırılır.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Hərbi qulluqçuların statusu haqqında" qanuna bununla bağlı dəyişiklik layihəsi təklif edilib.

Dəyişiklik layihəsinə əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinin daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda qanunvericilikdə bu müddət 15 gün göstərilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra mayın 31-də keçiriləcək son plenar iclasına tövsiyə olunub.