XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2015 - 10:44

500 mindən çox uşaq hərbi işlərdə istifadə edilir

ushaq.jpg

Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində “Dünyadakı uşaq işçilər 2015” mövzusunda keçirilən mətbuat konfransında çox maraqlı bir statistika səsləndirilib:

Dünyada iqtisadi gəliri aşağı olan ölkələrin, təxminən, 30 faizi 15 yaşında işləməyə məcbur olur. Daha acınacaqlı olan budur ki, dünyada 120 milyon nəfər yaşı 5-dən 15-ə qədər olan işçi var.

15-17 yaş arasında olan işçilərin 48 milyona yaxını təhlükəli işlərdə çalışır.

Uşaq yaşda işə alınanların 78 milyonu Asiyada və 60 milyona yaxını isə Afika qitəsində yaşayanlardı. Uşaq yaşlarında işə alınanların çoxu kənd təsərrüfatı və heyvandarlıq sahəsinə cəlb edilir.

Mətbuat konfransında dünyada 100 milyondan artıq uşağın şiddətə məruz qalması fikri də səsləndirilib.

Bundan əlavə məlum olub ki, Suriya, İraq, Əfqanstan, Nigeriya və bu kimi ölkələr başda olmaqla dünya üzrə 500 mindən artıq uşaq evlərdən və məktəblərdən uzaqlaşdırılaraq hərbi işlərdə istifadə edilir.

Strateq.az