XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2016 - 18:29

Doctoronline.az:Həkim daim yanınızda

Azərbaycanda ilk dəfə istifadəyə verilən doctoronline.az mobil tətbiqetməsi insanlara birbaşa və onlayn olaraq mobil telefonlardan həkimlə əlaqə yaratmağa kömək edir. Mobil tətbiqetməni yüklədikdən sonra nömrəyə ehtiyac olmadan həkimə onlayn suallar vermək və randevu almaq mümkündür. Suallar birbaşa həkimin mobil telefonunda görünəcək.

Doctoronline.az mobil tətbiqetməsində həkimlər haqqında, klinikalar haqqında məlumatlar və xəbərlər bölməsi var. Bu bölmədə endirimlər, xəstəliklər və məqalələrlə yanaşı, gündəlik xəbərləri də izləmək olar. Bütün xidmətlərdən, eyni zamanda, www.doctoronline.az  web saytından da yararlanmaq mümkündür. Xatırladaq ki, saytda ancaq peşəkar həkimlər yer alıb.

Doctoronline.az mobil tətbiqetməsi İphone telefonlarda (İos sistemində) var. Yükləmək üçün telefonunuzdan “Appstore” yə daxil olmağınız və axtarış üçün “doctoronline.az” və ya “sual ver“ yazmağınız kifayət edir. Yükləndikdən sonra qeydiyyatdan keçib xidmətdən istifadə edə bilərsiniz. Mobil tətbiqetməni Azərbaycan dilinə də çevirmək olur. Bunun üçün “settings” bölməsinə daxil olub Azərbaycan dilini seçmək lazımdır(azərtac).