XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 06:40

Məşhur rus müğənnisi Janna Friske vəfat etdi

janna.jpg

Tanınmış rusiyalı müğənni Janna Friske 41 yaşında vəfat edib.

Bunun “TASS” IA-ya müğənninin atası Vladimir Friske bildirib.

“Janna vəfat etdi, bu doğrudur. İyunun 15-də axşam saat 10-da baş verdi”.

Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir. Qeyd edək ki, müğənni 2013-cü ildən beyin xərcəngi ilə mübarizə aparırdı.

ölümünün son günlərində Jannaın gözləri tutulmuşdu. Son bir neçə gündə isə o artıq heç kimi tanımırdı.

Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Janna Friske 1996-cı ildən “Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o uğurlu solo karyerasına başlayıb.

Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.