XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

30 May 2016 - 18:18

Əfqan gənclərə FHN Akademiyasında təhsil imkanı- Nazirlər müzakirə etdi

fhn-1.jpg

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən bildiriblər ki, nazir Kəmaləddin Heydərov görüşdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. O, dost Əfqanıstanın uyğun qurumları ilə fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib, əlaqələrin geniş perspektivləri olduğunu vurğulayıb.

Səmimi görüşə görə nazir K.Heydərova təşəkkürünü bildirən Mohammad Xanif Atmar qeyd edib ki, Əfqanıstan bütün sahələrdə olduğu kimi, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə də iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafında maraqlıdır.

Görüşdə əfqanıstanlı gənclərin Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.