XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 11:55

Tanınmış iqtisadçı orta məktəb buraxılışını “zay məhsul” adlandırdı

qubad.jpg

“9-cu və 11-ci sinif şagirdlərinin 60-70 faizinin ana dili və riyaziyyat kimi əsas fənnlər üzrə buraxılış imtahanından aldıqları “2” və “3” qiymətlər ciddi narahatçılıq yaradır. Bunu iqtisadi dillə ifadə etsək, deyə bilərik ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi “zay məhsul”dur”.

Strateq.az bildirir ki, bu sözləri tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu TQDK-nın son nəticələrini şərh edərək yazıb.

Onun sözlərinə görə, bu isə o deməkdir ki, iqtisadiyyatın və idarəetmənin kadr potensialının yeniləşməsi əmsalı getdikcə aşağı düşəcək. “Eyni zamanda hər il on minlərlə yeni iş axtaranlar orta savadları ilə əmək bazarına daxil olacaqlar. Beləliklə də iqtisadiyyatda həm kadr hazırlığında, həm də məşğulluq sahəsində çətinliklər artacaq. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasına dair hesabatında göstərilir ki, ötən il təhsil xərclərinin 822,1 mln. manatı və ya 52,9 faizi natamam və orta təhsilə yönəldilib ki, bu da ötən ilki məzənnə ilə 1 milyard dollardan çox büdcə vəsaiti deməkdir”.

Q. İbadoğlunun fikrincə, 11-ci sinif şagirdlərinin göstəricilərinin 9-cu sinif şagirdləri ilə müqayisədə yüksək olmasının səbəbi heç də yuxarı siniflərdə təhsilin keyfiyyətinin yaxşı olması ilə deyil, şagirdlərin orta məktəbin son iki sinfində fərdi hazırlıq üçün müəllim yanına getmələri ilə izah oluna bilər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı son məlumata görə, buraxılış imtahanında iştirak etmiş 24 827 nəfər 9-cu sinif şagirdinin 6664 nəfəri (26.84 faizi) ana dili fənni üzrə, 7913 nəfəri (31.87 faizi) isə riyaziyyat fənni üzrə “2” qiyməti alıb. 9-cu sinif şagirdlərinin 12 537 nəfəri (50.50 faizi) ana dili, 9795 nəfəri isə (39.45 faizi) riyaziyyat fənnindən “3” qiyməti alıb. Hesablamalara görə, buraxılış imtahanında iştiak edən 9-cu sinif şagirdlərinin 77,3 faizi ana dilindən, 71,3 faizi isə riyaziyyatdan “2” və “3” qiymətləri alıb.

TQDK-nın digər məlumatında bildirilir ki, buraxılış imtahanında iştirak edən 20 416 nəfər 11-ci sinif şagirdlərinin 4520 nəfəri (22.14 faizi) ana dili fənni üzrə, 5485 nəfəri (26.87 faizi) riyaziyyat fənniz üzrə “2”, 8157 nəfəri (39.96 faizi) ana dili fənni üzrə, 7375 nəfəri (36.13 faizi) riyaziyyat fənni üzrə “3” qiyməti alıblar. Beləliklə orta məktəbin buraxılış imtahanında iştirak edənlərin 62,1 faizi ana dilindən, 63 faizə qədəri riyaziyyatdan “2” və “3” qiymətləri alıblar.