XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 15:15

Jurnalist təşkilatı Cəlilabadda dini marrifçilik mövzusunda tədbir keçirib

ss-11

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Cəlilabad şəhərində “Gənclər arasında dini maarifçlik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edbilər.

Cəlilabad rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Dürdanə Əliyeva gənclər arasında maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. D.Əliyeva ölkədə sağlam mənəvi mühitin yaranmasına xidmət edən bu cür təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazır olduqlarını deyib.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə diqqəti Azərbaycanın tolerant ölkə olduğuna çəkib. Birlik sədri qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri min illərdi öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilirlər. Tanınmış jurnalist Azərbaycan mətbuatının nəinki dini və irqi ayrıseçkiliyi təbliğ etmədiyini, əksinə, bu cür mənfi hallara qarşı həmişə effektiv müarizə apardığını vurğulayıb.

Cəlilabad rayonunun axundu Hacı Mahmud İslamın dostluq və sevgi dini olduğunu deyib. Axund tədbirdə iştirak edən gəncləri daim oxuyb-öyrənməyə və xeyirxah işlərlə məşğul olmağa çağırıb.

Cəlilabadda işıq üzü görən “Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı öz çıxışında Azərbaycanda maarifçlik hərəkatınn tarixinə nəzər salıb. Müasir Azərbaycan mətbuatının zəngin ənənələr üzərində bərqərar olduğunu deyən baş redaktor dini maarifçilik işinin aparılmasında medianın rolunu yüksək qiymətləndirib.

ss-1

ss-4

Strateq.az