XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 18:11

Nikah müayinəsi:458 nəfərdə sifilis, 7171 nəfərdə talassemiya aşkarlandı

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna əsasən nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən tibbi müayinədən keçməlidirlər. Qaydaların qüvvəyə mindiyi vaxtdan 2016-cı il mayın 1-dək 139 700 nəfər məcburi tibbi müayinədən keçib.

Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva iyunun 1-də institutda keçirilən “dəyirmi masa”da məlumat verib.

Bildirilib ki, Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxsin yaşayış yeri üzrə pulsuz tibbi müayinədən keçməsi üçün dövlət tibb müəssisəsi təyin edir. Tibbi müayinədən keçənlərin çoxunun sağlamlıq durumu qənaətbəxşdir.

Məlum olub ki, mayın 30-dək müayinə olunanların 458 nəfəri sifilis virusunun, 85-i İÇV infeksiyasının, 7171-i talassemiyanın daşıyıcısıdır. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və başqaları nikaha qədər tibbi müayinənin əhəmiyyətini qeyd ediblər.