XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 10:59

12 ildə ölkədə 1,4 milyon yeni iş yaradılıb- Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Cenevrədə Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirin gündəliyinə BƏT-in Layiqli Əmək Konsepsiyasının reallaşdırılması, iş yerlərinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər daxildir.

Sessiyanın plenar iclasında çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizin iqtisadi inkişaf modeli, rəqabətədavamlı innovativ iqtisadiyyatın formalaşması, əldə edilən iqtisadi nailiyyətlər barədə məlumat verib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi səmərəli sosial-iqtisadi islahatlar kursu nəticəsində respublikada sahibkarlığın, ümumən milli iqtisadiyyatın inkişafı üçün hər bir şərait yaradılıb.

Sosialyönümlü iqtisadiyyatın formalaşdığı, iqtisadi şaxələndirməyə, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin getdikcə artırıldığı ölkədə makroiqtisadi sabitliyə nail olunub. Düşünülmüş fiskal siyasət, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına yönələn güzəştli kreditlər, investisiya fəaliyyətinin gücləndirilməsi, səmərəli vergi və antiinhisar siyasəti və s. nəticəsində son 12 ildə ölkədə ümumdaxili məhsul 3,4 dəfə artıb. Bu dövrdə respublikada 1,4 milyon yeni iş yaradılıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib, əhalinin gəlirlərində 6,5 dəfə artım özünü göstərib(trend).