XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 11:19

Müddət azaldıldı:vizalar 3 günə veriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" fərmanla ölkədə elektron vizanın verillməsi müddəti daha da azaldılaraq 3 iş günü müddətinə endirilib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, bu ilin fevral ayında Azərbaycan Prezidentinin verdiyi sərəncamla elektron vizaların verilməsi müddəti 10 gündən 5 iş günü müddətinə endirilmişdi. Fars körfəzi ölkələri və Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan ölkəmizə gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmuşdu.

M.Ağakərimov əlavə edib ki, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi, onların 3 iş günü ərzində verilməsi, "ASAN Viza" sisteminin yaradılması ölkəyə daha çox turistin cəlb edilməsinə, turizminin inkişafına imkan yaradacaq: "Bu fərman Azərbaycana gələn qonaqlar üçün yaşıl işıq yandırır. Bu, artıq şərait yaradır ki, gələn qonaqlar üçün maneələr yaradılmasın".

M.Ağakərimov deyib ki, təxminən 5 il əvvəl Azərbaycan turizm sektorunda gəlmə turizminin çəkisi az idi. Lakin vizaların verilməsi prosedurunun sadələşdirilməsi ölkədə gəlmə turizminin inkişafına, bununla da iqtisadiyyatın inkişafına şərait yaradır.

Gəlmə turizminin iqtisadiyyatın güclənməsinə təkan verdiyini deyən M.Ağakərimov yeni fərmanın bu baxımdan da xüsusi əhəmiyyət daşıdığını deyib.

O qeyd edib ki, hazırda 70-ə yaxın turizm şirkəti gəlmə turizmi ilə məşğul olur.

Assosiasiya sədrinin müşaviri hesab edir ki, yeni fərman ölkədə gəlmə turizmi ilə məşğul olan turizm şirkətlərinin də sayının artmasına imkan yaradacaq.

Onun sözlərinə görə, yaxın vaxtlarda gəlmə turizmlə məşğul olan turizm şirkətlərinin sayının 100-ə çatacağı gözlənilir.

Elektron vizaların verilməsi proseduru ilə təcrübəli turizm şirkətlərinin məşğul olmasının vacibliyini bildirən M.Ağakərimov qeyd edib ki, elektron vizalar Azərbaycana daha çox turistin gəldiyi ölkələrdən gələn turistlərə verilir: "Elektron vizalar hər bir adama deyil, turizm şirkəti ilə müqavilə əsasında gələn turistlərə verilir. Turistlərə elektron vizalar 20 dollara verilir, onlar üçün bu məbləğ də digərlərindən fərqlənir".