XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 15:00

Jurnalistlər üçün daha biryazı müsabiqəsi

Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

KİVDF-dən bildiriblər ki, müsabiqənin məqsədi Gəncə şəhərinin sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazıların qəbulu iyunun 3-dən iyulun 8-dək davam edəcək.

Müsabiqədə birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçün 3 yazı qalibinin mükafatlandırılması nəzərdə tutulur. Birinci yerin sahibi 800, ikinci yerin qalibi 600, üçüncü yeri tutanlar isə 400 manat pulla mükafatlandırılacaqlar. Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcək. Qaliblər, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saytından (www.kivdf.gov.az ) əldə etmək olar.