XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 18:26

Səudiyyə şeyxindən fətva:“Wi-Fi oğurluğu günah və haramdır”

 

interrne seudi

Səudiyyə Ərəbistanında Wi-Fi oğurluğu haram elan edilib.

Strateq.az bildirir ki, Səudiyyə ruhaniləri bununla bağlı fətva veriblər. Fətvada deyilir ki, başqa bir adamın  Wi-Fi-ından icazəsiz istifadə etməsi günahdır. Bu barədə “The Independent” qəzeti məlumat yayıb. Fətvanı Səudiyyə Ərəbistanı dini hüquq və elmi təhqiqatlar üzrə Ali Komitəsinin üzvü Əli əl-Həkəmi tərəfindən verilib: “Wi-Fi-dan qeyri-qanuni, yaxud onun sahibindən icazəsiz istifadə etmək olmaz. Bunun üçün hökmən xidməti təklif edən, yaxud həmin xidmətdən istifadə edənlə məsləhətləşmək lazımdır”.

Bununla yanaşı fətvada deyilir ki, parklarda, ticarət mərkəzlərində, otellərdə, kafelərdə və hökumət idarələrində ümumi istifadə üçün olan internetdən istifadə etmək günah deyil.