XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 19:25

Gənc qızların fərdi inkişafı üçün yeni layihəyə start verildi

gelecek-1

“Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə mayın 15-dən avqustun 15-dək “Banıçiçək” Qadın İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili adlı yeni layihəsini keçirəcək.

Strateq.az-ın məlumatına görə, layihənin məqsədi müxtəlif sosial qruplardan olan gənc xanımların bilik və bacarıqlarını artıraraq cəmiyyətə düzgün istiqamətdə inteqrasiyasına dəstək olmaqdır.

Gender bərabərliyinin qorunması, bölgə qızların təhsilə cəlb olunması, tolerantlığın gücləndirilməsi üçün maarifləndirmə işlərinin aparılması, gənc qızların fərdi yetkinliklərinin artırılması layihənin əsas vəzifələri sırasına daxildir.

Müxtəlif regionlardan seçilmiş 24 iştirakçıdan ibarət qrup “Banıçiçək” Qadın İnkişaf Mərkəzinin fəaliyyətinin təşkili adlı yeni layihənin Yay Məktəbindən faydalanaraq arzu və məqsədlərinə istiqamətlənmiş düzgün yolu seçmək üçün maarifləndiriləcək.