Böyük alman mütəfəkkiri Fridrix Nitsşe filosof kimi tanınacan şeir yazmaqla yanaşı xeyli mahnı da bəstələyib.
Əlbəttə, bu özəlliyi onun filosofluğunun "kölgəsində" qalıb. (Azadlıq radiosu)
Nitsşe məktublarının birində qeyd edir ki, "mənim qədər mahiyyətcə musiqiçi olan ikinci bir filosof heç zaman olmayıb". Amma həm də etiraf edib ki, "ola bilsin ki, tamamilə uğursuz bəstəkaram".