XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 13:10

Janna Friske ilə vida mərasimi Araz Ağalarova məxsus zalda keçirlir –FOTO

janna defn.jpg

Dünən gecə vəfat etmiş məşhur rus müğənnisi Janna Friske ilə vida mərasimi başlanıb.

Strateq.az bildirir ki, 41 yaşlı müğənni ilə bağlı matəm mərasimi azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Citi Holl” da keçirlir. Zalda musiqi sədaları altında Jannanın fotoları göstərilir. Tabutun ətrafında müğənninin qohumları yer alıb.

Mərnumla vidalaşmaq üçün bütün tanınmış sənət adamları gəlib. Onların içində Anna Semyonoviç, Diana Qurtskaya, Dimitri Malikov və digərləri var.

Vida mərasimi saat 20.00-a qədər davam edəcək.

Beyin xərcəngi diaqnozu ilə xəstə yatan Janna Friske dünən gecə vəfat edib.