XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 14:40

Samir Sadıqovun dizayn verdiyi məşhur maşın modeli satışa çıxdı – FOTO-VİDEO

rezvani esas.jpeg

ABŞ-ın tanınmış avtomobil şirkəti “Rezvani Motors” azərbaycanlı avtomobil dizayneri Samir Sadıqovun dizayn verdiyi “Rezvani Beast» modelini satışa çıxarıb.

Strateq.az bildirir ki, 25 yaşlı Samir Sadıqov öz «facebook» hesabında «Rezvani» markalı avtomobilin yeni modelinin satış anonsunu verib. «Nəhayət ki, mənim dizayn etdiyim ilk avtomobil yola çıxmağa hazırdır. Mən çox xoşbəxtəm».

Onun dizayn etdiyi «Beast» (vəhşi) modeli iyunun 15-dən satışa çıxarılıb. Samir deyir ki, bu modeli haradasa il yarım əvvəl dizayn edib: «Mən «Rezvani Beast» modelini 2013-cü ilin dekabrında dizayn etmişəm. Adından göründüyü kimi, maşın aqressiv bir maşın olmalıdır. Ona görə mən onun dizaynında mexaniki performansına uyğunlaşacaq aqressiv dizayn elementlərindən istifadə etmişəm. Bu supermaşındır və onun istehsalına normal maşınlardan bir az daha çox vaxt sərf olunur. Hər şey zərgər dəqiqliyi ilə hesablanır».

Samirin dizayn etdiyi bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır. 500 at gücündə olan avtomobilin çəkisi 750 kiloqramdır.

rezva arxa.jpeg

Samir Sadıqov 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, «Lamborghini» avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. «Xəzri» adı ilə dizayn etdiyi avtomobil «Ferrari 2011» Beynəlxalq Dizayn Müsabiqəsində ikinci yeri tutub.

rezva yolda.jpeg

Samir hazırda iyulda işıq üzü görəcək «Ford» avtomobil markasının yeni modeli üzərində çalışır. Samir yeni modelinin daha da təəccüb doğuracağını bildirib: «üzərində işlədiyim başqa eskizlər də var. O eskizlər dünya avtomobil sənayesində yeniliklərə imza atacaq».