XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2015 - 06:10

Rusiyalı məşhur idmançıdan ittiham : “Niyə Avropa Oyunlarının açılış mərasiminə qatılmadılar?”

valuyev.jpg

Dünya Boks Assosiasiyasının versiyasına üzrə keçmiş dünya çempionu Nikolay Valuyev bir sıra Qərb dövlətinin “Bakı 2015” I Avropa Oyunlarına qarşı münasibətini tənqid edib.

“Arqumenti i Fakti” qəzetinin verdiyi xəbərə görə, Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini əsassız adlandıran Valuyev, oyunların açılış mərasimində iştirak etməyən Avropa liderlərinin əsl simalarını göstərdiyini vurğulayıb. (Report)

Rusiyalı boksçunun sözlərinə görə, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi isə qəbuledilməzdir: “Niyə Avropa Oyunlarının açılış mərasiminə qatılmadılar? Həm də ona görə ki, Azərbaycan Rusiya ilə “düzgün” əlaqə qurmur. Qərbin qaydalarına görə hərəkət etməyən ölkələrə qarşı siyasi və iqdisadi təzyiq prinsipi tətbiq olunur”.