XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 15:54

Sədərək ticarət mərkəzini su basdı –Ziyan var

sedereksubasdi

Sədərək ticarət mərkəzini su basıb. 

Bir neçə dəqiqədir ki, davam edən güclü yağış ticarət mərkəzində ciddi problem yaradıb, yağış suları mərkəzin içərisinə dolub. 

Hadisəyə səbəb isə ticarət mərkəzinin üst örtüyündəki su borularının tutulması olub. Nəticədə mərkəzin içərisinə güclü su axınları başlayıb, satıcıların əmlaklarına xeyli ziyan dəyib.

Ticarət Mərkəzinin içərisindəki kanalizasiya xətlərinin də işləməməsi xırda gölməçələrin yaranmasına gətirib çıxarıb. Bu isə satıcılarla yanaşı, mərkəzə alış-verişə gələn insanların təşvişinə səbəb olub. Onlar mərkəzi tərk ediblər. 

AzNews.az