XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 13:15

QHT-lərin qeydiyyat qaydalarında dəyişilik edildi-QƏRAR

qht.jpg

Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na dəyişiklik edilməsi barədə qərar verib.

Qərarla qeyri-hökumət təşkilatı (QHT) və xarici dövlətlərin QHT-lərinin nümayəndəliyinin və ya filialının fəaliyyətinin bərpa edilməsi qaydası müəyyənləşib. (APA)

QHT və xarici dövlətlərin QHT-lərinin nümayəndəliyinin və ya filialının fəaliyyəti bərpa edildikdə bu barədə məlumatın qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə qurumun fəaliyyətinin bərpa edildiyi tarix, fəaliyyətin bərpa edilməsi barədə qərarı qəbul etmiş orqan göstərilməlidir. Ərizəyə qurumun fəaliyyətinin bərpa edilməsi barədə qərar (vaxtından əvvəl bərpa edildiyi halda qərarda bunun səbəbi göstərilməlidir), qurumun fəaliyyətinin bərpa edilməsi barədə Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun məlumatlandırılmasını təsdiq edən sənəd əlavə edilməlidir. Bu sənədlər daxil olduqda Ədliyyə Nazirliyi 3 gün ərzində qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edir.