XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 14:05

Rabitə naziri vətəndaşları qəbul edəcək- Xaçmazda

2015-12-01-00-09-34ramin-quluzade-rabite

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 10-da saat 12:00-da Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlər dinləniləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Xaçmaz rayonunda (02332) 52218, Xızı rayonunda (02331) 50372, Siyəzən rayonunda (02330) 40120, Şabran rayonunda (02335) 32004, Quba rayonunda (02333) 55050, Qusar rayonunda (02338) 53157, Sumqayıt şəhərində isə (01864) 23500 nömrəli telefonlara zəng edə bilərlər.