XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 12:07

Kliniki Mərkəz: “Banklara borcu olan 18 nəfər intihara cəhd edib, onlardan 2-si ölüb”

tecili yardim

Fevral ayında Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlər Klinik Tibbi Mərkəzə müraciət edib.

APA-nın xəbərinə görə, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır: “Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.